Naxcıvan BakuBus Avtobus parkı
Müəssisəmiz Naxçıvan şəhərində yerləşən BakuBus avtobus parkında yanğından mühafizə və mühəndis sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismara verilməsi işlərini uğurla həyata keçirmişdir.
Layihə çərçivəsində avtomatik sprinkler yanğınsöndürmə sistemi, yanğın nasosxanası, yanğın hidrant və yanğın dolabı şəbəkələri, həmçinin havalandırma və tüstü sovurma sistemləri quraşdırılmışdır. Bütün sistemlər müasir təhlükəsizlik standartlarına uyğun şəkildə inteqrasiya edilərək obyektin etibarlı mühafizəsi təmin edilmişdir.
Peşəkar komandamız tərəfindən həyata keçirilən bu layihə yüksək keyfiyyətli mühəndis həllərinin, operativ icranın və təhlükəsizlik sahəsində təcrübəmizin uğurlu nümunələrindən biridir. Məqsədimiz insanların həyatının, nəqliyyat infrastrukturunun və maddi dəyərlərin maksimum səviyyədə qorunmasını təmin etmək olmuşdur.